Entoni Blinken

Entoni Blinken
ing. Antony Blinken
ABŞ dövlət katibinin müavini[d]
9 yanvar 2015 – 20 yanvar 2017
ƏvvəlkiVendi Şerman[d]
SonrakıTomas Şennon[d]
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini[d]
20 yanvar 2013 – 9 yanvar 2015
Vəzifədədir
26 yanvar 2021-ci ildən
ƏvvəlkiDeniel Smit[d]
Şəxsi məlumatlar
Doğum tarixi 16 aprel 1962(1962-04-16)[1][2] (62 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti diplomat, vəkil, jurnalist
Dini İudaizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Antoni Con Blinken (ing. Antony John Blinken; 16 aprel 1962[1][2], Yonkers[d], Nyu-York ştatı[5]) — 26 yanvar 2021-ci ildən ABŞ-nin 71-ci dövlət katibi vəzifəsində çalışan Amerika dövlət xadimi və diplomatı. O, bundan əvvəl 2013–2015-ci illərdə milli təhlükəsizlik üzrə müşavir müavini və 2015–2017-ci illərdə prezident Barak Obama dövründə dövlət katibinin müavini vəzifələrində çalışıb.[6]

Bill Klinton administrasiyası dövründə Blinken 1994–2001-ci illərdə Dövlət Departamentində və Milli Təhlükəsizlik Şurasında yüksək vəzifələrdə çalışıb. 2001–2002-ci illərdə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində baş elmi işçi olub. O, 2002–2008-ci illərdə Senatın Xarici Əlaqələr Komitəsinin Demokratlar heyətinin direktoru vəzifəsində çalışarkən 2003-cü ildə İraqın işğalını müdafiə edib. O , Obama-Bayden prezidentlik keçidinə məsləhət verməmişdən əvvəl 2008-ci ildə Co Baydenin prezidentlik kampaniyasının xarici siyasət müşaviri olub.

2009–2013-cü illərdə Blinken prezidentin köməkçisinin müavini və vitse-prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifələrində çalışıb. Obama administrasiyasında işlədiyi müddətdə o, ABŞ-nin Əfqanıstan, Pakistanİranın nüvə proqramı ilə bağlı siyasətinin hazırlanmasına kömək edib.[7] Dövlət xidmətini tərk etdikdən sonra Blinken konsaltinq firması olan WestExec Advisors-un həmtəsisçisi olaraq özəl sektora keçdi . Blinken əvvəlcə Baydenin 2020-ci il prezidentlik kampaniyası üçün xarici siyasət müşaviri kimi hökumətə qayıtdı, sonra senatın 26 yanvar 2021-ci ildə təsdiqlədiyi, Baydenin seçdiyi dövlət katibi vəzifəsinə təyin olundu.

  1. 1 2 Jewish Virtual Library (ing.). 1998.
  2. 1 2 Blinken, Antony J. // Library of Congress Authorities (ing.). Library of Congress.
  3. 1 2 3 4 Momtaz R., Herszenhorn D. M. Nine things to know about Antony Blinken (ing.). // Politico City of Brussels: Springer Science+Business Media, 2020.
  4. 1 2 3 4 The World According to Tony Blinken—in the 1980s (ing.). Washington: 2021. ISSN 2381-1595
  5. 1 2 Jewish Virtual Library (ing.). 1998.
  6. "Senate confirms Antony Blinken as 71st secretary of state". AP NEWS. January 26, 2021. January 26, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-26.
  7. "Senate Confirms Antony "Tony" Blinken '88 as Secretary of State". Columbia Law School. December 17, 2014. September 19, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 26, 2020.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search